Bu gün bir çox insanlar estetik görünüşünə, etibarlılığına, sərbəstliyinə görə kontakt linzalara üstünlük verir. Rahatlığı və müxtəlifliyi sayəsində kontakt linzaların populyarlığı artmaqdadır.
Kontakt linzalar buynuz qişa üzərində yerləşdirilir. Linzalar, okulyar səthi örtən göz yaşı təbəqəsinə yapışaraq və müəyyən dərəcədə göz qapaqlarının təzyiqi altında öz yerini tutur.
- Düzgün seçilmiş linza düz mərkəzdə yerləşir, buynuz qişanı örtür.
- Göz yaşının dövr etməsini təmin etmək üçün linzalar asan hərəkət etməlidir.
- İstifadəçi aydın görür, özünü rahat hiss edir, linzaların olmasını hiss etmir.
- Görmə göz qırpımından sonra dəyişilməməlidir.
- Linza kənarı gözə təzyiq göstərməməlidir.
- Yatan və ya üzən (hovuzda və ya dənizdə) zaman, linzalar çıxarılmalıdır.
- Əgər kontakt linzalaradan istifadə edərkən gözləriniz qızarır və ya gözlərinizdə yanğı hissi yaranırsa, linzaları dərhal çıxarmalı, həkimə müraciət etməlisiniz.