Çəpgözlük nədir? Simptomlar, səbəblər və müalicə üsulları
Sağlam insanlarda hər iki göz paralel və ahəngdar işləyir. Müxtəlif səbəblərdən gözlər arasında bu paralelliyin pozulmasına çəplik deyilir. Çəpgöz insanlarda bir göz düz baxır, digər göz isə yuxarı, aşağı, içəri və ya xaricə doğru hərəkət edir.