Bizə yazın

info@drfidan.az

Zəng üçün

+994 50 221 87 65

Diabetik retinopatiya xəstəliyi

Diabetik retinopatiya
şəkərli diabet və göz sağlamlığı

Diabetik retinopatiya diabetlə əlaqəli ən çox görülən göz xəstəliyidir. Xəstəlik gözün arxasındakı işığı qəbul edən və korluğa səbəb olan retinal təbəqənin zədələnməsinə səbəb olur.

Xəstəlik diabetin müddəti və növündən asılıdır.

1-ci tip diabetdə diabetik retinopatiya inkişaf riski 2-ci tip diabetdən daha yüksəkdir. Şəkərli diabetin müddəti mühüm faktordur. Şəkərli diabet 30 yaşından əvvəl aşkar edildikdə, diabetik retinopatiyanın inkişaf riski 10 ildən sonra 50%, 30 ildən sonra isə 90% təşkil edir. Diabetik retinopatiya intensiv qan şəkərinə nəzarətetməklə yubadıla bilər.

diabetik retinopatiya

Hamiləlik xəstəlik riskini artırır

Tip I və ya II tip diabetli hər bir xəstə diabetik retinopatiya inkişaf riski altındadır. Hər bir şəkərli diabet xəstəsi ən azı altı ayda bir dəfə ətraflı göz müayinəsindən keçməlidir. Hamiləlik diabetik retinopatiya riskini artırır. Buna görə də diabetli hamilə qadınların ən qısa zamanda göz dibi müayinəsindən keçmələri tövsiyə olunur.

Erkən dövrdə simptomlar görünməyə bilər

Diabetik retinopatiyanın başlanğıcında göz problemlərinin əsas səbəbi torlu qişanın damarlarının keçiriciliyinin artması, yəni qanda olan bəzi maddələrin damarların divarından sızmasıdır. Diabetik xəstənin göz dibi tapıntıları arasında mikroanevrizmalar, sərt ekssudatlar (orqanizmdə baş verən hər hansı iltihab hadisəsi nəticəsində bədənin hər hansı bir boşluq nahiyəsində meydana gələn mayenin yığılması), tor qişanın ödemi, qanaxmalar müşahidə edilə bilər. Damar dəyişiklikləri və tıkanıklıqlar artır və torlu qişa normal damarlardan daha nazik olan, asanlıqla qanayan və özünü qidalandırmaq üçün çox tez dşaxələnən yeni damarlar əmələ gətirməyə başlayır.

Diabetik retinopatiyada torlu qişa toxumasının qidalanmaması nəticəsində sinirlərdə keçiricilik qabiliyətininpozulmasını göstərən pambıq yığınlarına bənzəyən material toplanması (yumşaq ekssudatlar), yeni damar əmələgəlmələri, torlu qişada membranların əmələ gəlməsi, retinanın ön hissəsi və şüşəvari qanaxmalar müşahidə edilə bilər.

Diabetik retinopatiyanın ilkin mərhələlərində xəstələrdə adətən heç bir şikayət olmur. Ancaq görmə mərkəzinə mayenin sızması nəticəsində mərkəzi görmədə azalma ola bilər.

Qan şəkəri nəzarət altında saxlanılmalıdır

Şəkərli diabet xəstələri üzərində aparılan tədqiqatlar göstərir ki, qan şəkərinə nəzarət retinopatiyanın inkişafını ləngidir. Qan şəkərinin səviyyəsini normal həddə saxlamaq həm göz, həm də digər orqan xəstəlikləri riskini azaldacaq. Normal qan şəkəri səviyyəsi də lazer terapiyasına ehtiyacı azaldacaq.

Erkən müalicə vacibdir

Zədə çox irəlilədikdən sonra həkimə müraciət edildikdə, lazer müalicəsi təsirsiz olur. Göz içərisində çox miqdarda qanaxma olduqda, yeganə seçim “vitrektomiya” əməliyyatıdır. Lakin, bütün müdaxilələrə baxmayaraq, xəstəliyin çox inkişaf etmiş mərhələlərində müraciət edən xəstələrdə görmə qabiliyyətini bərpa etmək və qorumaq həmişə mümkün olmur. Hər hansı bir xəstəlik kimi, diabetik retinopatiyada müalicəyə erkən başlamaq vacibdir. Diabetik retinopatiya qanda şəkərin səviyyəsi yüksək olaraq qalırsa və lazımı müalicələr aparılmazsa sürətlə irəliləyə bilər.

Teq Post :

Diabetik retinopatiya