Bizə yazın

info@drfidan.az

Zəng üçün

+994 50 221 87 65

Yaxın Görmə Müalicəsi (Suprakor)

Suprakor,Yaxın görmə
suprakor yaxin görmə müalicəsi

Supracor – Yaxın görmə problemi və uşaq eynəklərindən excimer lazerlə müasir qurtulmaq üsuludur. Lasik üsulu və eksimer lazerlə tətbiq olunan 10 dəqiqəlik müalicədir. Uzaq və yaxın problemi olanlar üçün hər iki rəqəm eyni seansda düzəldilə bilər.

Yaxın görmə problemi 40 yaşından sonra başlayır. Gizli hipermetropiyası olanlarda daha erkən başlaya bilər. Ağıllı telefonlar, internet istifadəsi iş saatları xaricində yaxın məsafədən baxma müddətini artırdı. İnsanlar 20 il əvvəlkindən daha çox günlərini yaxından baxaraq keçirirlər ki, bu da yaxındangörmə problemini daha da vacib edib. Bununla yanaşı, yaxın görmə həlləri də inkişaf etmişdir.

Əgər 50-60 yaş arası insanlarda katarakta əmələ gəlirsə, suprakor əvəzinə fakoya üstünlük verilir. Katarakta təkrarlanan problem olmadığı üçün bir dəfə yaranır və əməliyyatdan sonra tamamilə yox olur.

40 yaşdan sonra qəzet, kitab və ya mobil telefonunuzda kiçik hərfləri oxumaqda çətinlik çəkirsinizsə, bu lazerdən faydalana bilərsiniz. 

Presbiopiya nədir?

Bu, yaşa bağlı yaxın görmə qabiliyyətinin itirilməsidir. 40 yaşından sonra hətta daha əvvəl heç vaxt göz problemi olmayanlarda da baş verir. Presbiopiya inkişaf etməyə başlayandan sonra insan oxuduğu kitab, jurnal və ya menyunu 35-40 santimetr uzaqda saxlamalıdır. Bulanıq görmə ilə yanaşı, oxuyarkən baş ağrısı, göz ağrısı, yorğunluq və yuxululuq da olur.

Yaxın görmənin pisləşməsinin səbəbləri nələrdir?

Ən əhəmiyyətli səbəb yaşın irəliləməsidir.Normalda yaxına baxarkən gözümüzdəki büllur şəklini dəyişir və yaxınlıqdakı obyektləri aydın görmə qabiliyyətinə malik olur. Ancaq yaş irəlilədikcə bu qabiliyyət 40 yaşdan sonra azalır və 60 yaş ətrafında yox olur. Məsələn, 20 yaşlı insan bir cismi 8 sm-ə qədər aydın şəkildə görə bilir, 45 yaşında isə yalnız 35 sm və ondan uzaq obyekti, 50 yaşında isə 50 sm məsafədə olan bir obyekti görə bilir.

Necə müalicə olunur?

Suprakor üsulu ilə gözün xarici səthinə eksimer lazer tətbiq edilir və buynuz qişa yenidən formalaşdırılır. Uzaqdan görmə qabiliyyətini pozmadan tək seansda həm məsafəni, həm də yaxın görməni düzəldən təsirli bir üsuldur. Daha əvvəl yaxından müalicə üçün bir çox üsullar sınaqdan keçirilmiş, lakin istənilən nəticə əldə edilməmişdir. Bu səbəbdən xəstələrə yaxın müalicənin tətbiq oluna bilməyəcəyinə dair bir fikir var idi. 12 ildir ki, Türkiyədə, ondan daha öncə də Avropada geniş tətbiq olunan bu üsulla minlərlə insan yaxın görmə problemindən qurtulmuşdur.

Azərbaycanda illər öncə bir neçə xəstədə tətbiq olunmuş lakin ilk dəfə 2022-ci ildən AMT göz klinikasında Dr Fidan Abdulla tərəfindən aktiv şəkildə tətbiqinə başlamışıq . Xəstələr eynəksiz kitablar, dərman vərəqələri oxuya, kompüter qarşısında 3-4 saat keçirə bilərlər.

Hər iki gözə eyni anda tətbiq etmək olarmı?

Hipermetrop və miyop xəstələrə də tətbiq oluna bilər. Bir seansda həm məsafə, həm də yaxın görmə düzəldilir. Supracor üçün bəzi uyğunluq meyarları var; Bu kriteriyalar müayinə və ölçülərlə müəyyən edilir və sonra xəstə müalicə oluna bilər.

Proses nə qədər vaxt aparır?

10 dəqiqəyə tamamlanır. Miyopiyada lazer müalicəsi kimi hər göz 5 dəqiqə çəkir. Prosedur zamanı göz damlalarla anesteziya edilir. Xəstə ağrı hiss etmir. Həmin gün evə gedib dincəlir. Ertəsi gün o, normal həyatına qayıdır.

Uzaqdan görmə problem yaradırmı?

Supracor uzaq hipermetropiya xəstələrinə tətbiq edildikdə, bəzi xəstələrdə bir neçə ay ərzində uzaqdan görmədə yüngül miyopiya müşahidə olunur. Ancaq bu müvəqqətidir, sonra yaxşılaşır.

Gələcəkdə katarakta əməliyyatı keçirməyə mane olurmu?

Xeyr. Suprakordan sonra xəstənin gözündə katarakta yaranarsa, gözdaxili linza cərrahi yolla dəyişdirilir.

Prosedurdan əvvəl nələrə diqqət edilməlidir?

Xəstə linza taxırsa, prosedurdan 1 həftə əvvəl linzanın çıxarılmasınl xahiş edirik. Bundan başqa heç bir məhdudiyyət qoymuruq. Xəstə müayinə günü suprakorla da müalicə oluna bilər. Ertəsi gün normal həyatına qayıda bilər.

Ümumilikdə aşağıdakıları təklif edə bilərik: Yaşla bağlı yaxın görmə problemləri üçün 40-50 yaş arasında Supracor üsulu edilir və daha irəli yaşlarda isə katarakta əməliyyatı (multifokal lens-ağıllı lens tətbiqi) edilir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha düzgün və dəqiq məlumat almaq həkim mütəxəssisə müraciət etməlisiniz.

Teq Post :

Suprakor,Yaxın görmə
Share This :